Ən zəngin bankirə qarşı ittiham irəli sürüldü

Ən zəngin bankirə qarşı ittiham irəli sürüldü

1 Aprel 2016 09:30
385

Braziliya prokurorluğu dünyanın ən zəngin bankiri hesab olunan Cozef Safranı korrupsiya cinayətlərində və məmurlara rüşvət verməkdə ittiham edib.

apa-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, söhbət 15,3 mln realdan (təxminən 4,2 mln dollar) gedir. Məlumata görə, 500 mln dollar borcun silinməsi üçün Cozef Safra vergi orqanlarının əməkdaşlarına məhz 4,2 mln dollar məbləğində rüşvət verməyi planlaşdırıb.

Məlumata görə, ittiham bankirin köməkçisi və vergilər departamentinin məmurları arasında rüşvət mövzusunda qeydə alınmış telefon danışıqlarına əsaslanıb. 18 mlrd dollar sərvətə malik olduğu bildirilən Cozef Safranın bu danışıqlarda şəxsən iştirak etməyib.

Cozef Safranın sahibi olduğu "SafraSA de Brasil" bankı dünyanın 19 ölkəsində fəaliyyət göstərir.

Mediainfo.az