Daha bir şirkətə dondurma istehsalının dayandırılması barədə göstəriş verilib

Daha bir şirkətə dondurma istehsalının dayandırılması barədə göstəriş verilib

1 Avqust 2011 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyindən APA-ya verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "S.A.B.A. şirkəti" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilmədən dondurma istehsal olunması, dondurmanın müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin, habelə bu dondurmaların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmaması ilə əlaqədar dondurma istehsalı və satışının dayandırılması barədə bu təsərrüfat subyektinə icrası məcburi göstəriş verilib. Bu müəssisədə istehsal edilmiş dondurmaların insanların, xüsusilə də uşaqların sağlamlığı üçün təhlükə mənbəyi olduğunu, həmçinin dondurmanın müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin olmadığını nəzərə alaraq, "S.A.B.A. şirkəti" MMC-yə dondurma istehsalı üçün verilmiş gigiyenik və uyğunluq sertifikatlarının qanunvericiliyə uyğun ləğv edilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən müvafiq orqanlar Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılıb.

Ürəkləri sərinlədib, orqanizmi korlayan dondurmalar.

Tofiq Əliyev

O.M.