İslandiya məhkəmənin eşiyində

İslandiya məhkəmənin eşiyində

11 Aprel 2011 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə və Hollandiya hökumətləri İslandiya Milli Bankını məhkəməyə verəcəklərini bildiriblər. Səbəb kimi isə iqtisadi böhran zamanı 4 milyard avronun İslandiya banklarında batmasını göstəriblər.

Bu pulların qaytarılması barədə İslandiya hökuməti tərəfindən referendumda rədd edilən qanuna münasibət bildirən İngiltərə rəsmiləri nəticədən təəssüfləndiklərini , Hollandiya rəsmiləri isə bununla da müzakirələr dövrünün bitdiyini açıqlayıblar.

İslandiya Maliyə naziri Steingrimur Sigfusson batan pulların yalnız 90 %-ni qaytara biləcəklərini və bu prosesin 2011-ci il içində olacağını bildirib.

Qeyd edək ki, məhkəmə Avropa İttifaqının Sərbəst Ticarət Birliyi Təşkilatı tərəfindən aparılacaq.

Hollandları başa düşmək olar. Amma ingilislər qəribə adamlardır. Heç kişinin də pulunu başqası saxlayar?..

Elvin Babayev