ABŞ prezidenti çıxılmaz vəziyyətdədir

ABŞ prezidenti çıxılmaz vəziyyətdədir

11 Aprel 2011 11:10
Bəyəndim (0) Bəyənmədim (0)


Reutersin Ağ evə istinadən verdiyi məlumata görə, hökumət büdcədə kiçik ixtisarlara baxmayaraq, qarşıda çətinliklərin çox olacağından ehtiyatlanır.


Çərşənbə günü B.Obama büdcə kəsirlərinin azaldılması üçün uzunmüddətli plan təklif edib. Bu plana əsasən cari ilin son 6 ayında büdcənin kəsir hissəsinin 38 milyard dollar azaldılması nəzərdə tutulur.


Nümayəndələr palatasının Respublikaçılardan olan 2 nömrəli üzvü Erik Kantor deyib: "Bu həftə xərclərin azaldılması ilk addım idi. Onu almaya birinci dişlək adlandırmaq da olar."

Xərcləri ixtisar edəcəklərinə və hökuməti nəzarətdə saxlayacaqlarına vəd verməklə noyabr seçkilərində uğur qazanan respublikaçılar Obamanın büdcə kəsirini azaldacağına nikbin baxmırlar.


Ağ evin baş məsləhətçisi Devid Pluffe isə bildirir ki, Obama müdafiə, dövlət işləri və səhiyyə xərclərini nəzərdən keçirməklə 1.4 trilyon illik kəsiri azaltmağa çalışacaq. Plan həmçinin zənginlərin vergisini artırmağı və xərclərin konkret maddələr üzrə azaldılmasını nəzərdə tutur.


Senat və Palatanın mövcud planı bu həftə qəbul edəcəkləri gözlənilsə də, qanunverici orqan onu kəskin tənqid edəcək.

O.M.