TQDK sədri avqustun 28-də Xızıda vətəndaşlarla görüşəcək

TQDK sədri avqustun 28-də Xızıda vətəndaşlarla görüşəcək

18 Avqust 2015 17:42
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə avqustun 28-də Xızı şəhərində vətəndaşlarla görüş keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbulda Xızı rayonunun sakinləri ilə yanaşı, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı,ZəngilanŞuşa rayon və şəhərlərinin sakinləri iştirak edə bilərlər.

Qəbul saat 11-də Xızı şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Xaçmaz regional bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə olaraq, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Xızı, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, ZəngilanŞuşa rayon və şəhər Təhsil Şöbələrinə də 19-27 avqust tarixlərində (şənbə, bazar günləri istisna olmaqla), saat 10-dan 17-dək müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Mediainfo.az