Ali məktəblərə tələbə qəbulunun nəticələri bu gün bilinəcək

Ali məktəblərə tələbə qəbulunun nəticələri bu gün bilinəcək

12 Avqust 2015 14:07
377

Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsi nəticələrinin axşam saatlarında elan olunması nəzərdə tutulur.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. Qeyd edək ki, ixtisas seçimi 11 avqust saat 00.00-da başa çatıb

Ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 36 625 abituriyent, V ixtisas qrupu üzrə isə 8898 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən müsabiqədə iştirak edə bilməyəcəklər.

Mediainfo.az