BDU tələbələri ABŞ-da qalib olublar

BDU tələbələri ABŞ-da qalib olublar

11 Avqust 2015 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Redmond şəhərində keçirilən "Microsoft Imagine Cup 2015" müsabiqəsinin "İnnovasiyalar" kateqoriyasında Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri - Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovaların təmsil olunduğu "NoObs" komandası iştirak edərək ikinci yeri qazanıb.

BDU-nun mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, "Microsoft Imagine Cup 2015" müsabiqəsində ilk dəfə iştirak edən komanda "Bluetooth-tənzimçilər" dəsti, qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan "Windows Phone" platformalı smartfonlar üçün proqram təminatı olan "Spinal" layihəsini təqdim edib. Birinci, ikinci və üçüncü yerləri tutmuş mükafatçılar layihənin sonrakı inkişafına "Microsoft" şirkətindən 50, 10 və 5 min dollar məbləğində qrant qazanıblar.

Xatırladaq ki, "NoObs" komandası "Microsoft Azerbaijan" şirkəti ilə birgə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar parkı və "Nar mobile" şəbəkə operatoru tərəfindən keçirilmiş "Imagine Cup" lokal seçim turunun qalibləri olub.

Mediainfo.az