Bolqarıstan Rusiya qazından imtina edir

Bolqarıstan Rusiya qazından imtina edir

7 İyul 2011 16:30
884
Bəyəndim (0) Bəyənmədim (0)

"Qazprom" Xorvatiyadan sonra Avropada daha bir müştərisini itirə bilər. Belə ki, Bolqarıstan yaxın iki-üç ildə "Qazprom"la uzunmüddətli müqavilə imzalamaqdan imtina etməklə Rusiyadan qaz alışını dörd dəfə azaltmaq niyyətindədir. Hazırda Rusiyadan 2 milyard kubmetr qaz alan Bolqarıstan bu göstəricini 500 milyon kubmetrə qədər azaltmaq istəyir. Ölkənin iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun dediyinə görə, Sofiya Rusiyadan qaz alışını öz hasilatı və alternativ satıcılar hesabına azaltmağı planlaşdırır. Qeyd edək ki, Bolqarıstanın qaza olan tələbatı ildə 2,5 milyard kubmetr təşkil edir.

Bolqarıstan "Qazprom"a qaz vurub qazan doldurmağa imkan verməyəcək.

Tofiq Əliyev

O.M.