"Ermənistan ən pis iqtisadiyyata malikdir"

"Ermənistan ən pis iqtisadiyyata malikdir"

6 İyul 2011 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur "Forbes" jurnalı dünya ölkələrinin son illər makroiqtisadi göstəricilərini təhlil edib və 2012-ci ilə qədər olan inkişaf proqnozlarını verib.

İqtisadiyyatı ən pis vəziyyətində olan bir sıra dünya ölkələrinin siyahısı açıqlanıb. Siyahının ilk 3 pilləsinə Ermənistanın da adı daxil edilib. Belə ki, 2011-ci ilin ortalarına olan nəticələrə əsasən, ən pis iqtisadi vəziyyət Madaqaskar, Ermənistan və Qvineyadadır. Daha sonra liderlərin beşliyini isə Ukrayna və Yamayka tamamlayıb.

"Forbes" Ermənistan haqda yazır ki, bu ölkə böhrandan sonra heç cür özünə gələ bilmir: 2009-cu ildə Ermənistanda ÜDM birdən-birə 15 faiz düşüb. Bununla belə ölkədə inflyasiyanın dərəcəsi yüksək olaraq qalır, ÜDM isə adam başına 3 min dollar təşkil edir".

Ukraynaya gəldikdə isə "Forbes"in təhlil zamanı məlum edib ki, bu ölkədə adambaşına ÜDM Serbiya və Bolqarıstanda olduğu kimidir. Ukraynada inflyasiya təxminən 10 faiz təşkil edir. Ukraynanın iqtisadiyyatının belə pis olmasının səbəbləri ölkədə mövcud olan korrupsiya, pis dövlət idarəçiliyi və məhkəmə sistemi ilə əsaslandırılıb. Reytinqin lideri Madaqaskarda adam başına ÜDM-nin həcmi 387 dollar, inflyasiya isə 8,5 % təşkil edib. Bununla belə adanın əsas qida məhsulu düyünün qiyməti isə son iki ildə iki dəfə artıb.

Yardımlar hesabına yaşayan Ermənistan iqtisadiyyatı artıq diz çöküb.

Tofiq Əliyev

O.M.