İstehlaka yararsız mallar məhv edilib

İstehlaka yararsız mallar məhv edilib

5 İyul 2011 14:18
892
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən "AzərTAc"-a bildiriblər ki, Nizami rayonunda Gülzadə Həsrətovaya, İlham Talıbova, İnqilab Nağıyevə, Xanpaşa Hüseynova məxsus mağazalarda, "İnci market"də, "Təbriz market"də, Sabunçu rayonunda Cəmilə İrzaquliyevaya məxsus mağazada, Səbail rayonunda "Romaşka market"də ümumi çəkisi 85 kiloqram, saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanıb, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Haqsız rəqabət aparanlara qarşı haqlı tədbir görüldü.

Tofiq Əliyev

O.M.