İran prezidenti hər ailəyə villa verəcək

İran prezidenti hər ailəyə villa verəcək

4 İyul 2011 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

İran lideri hər ailəyə villa tipli ev və bağça salmaq üçün 1000 kv. metrlik ərazi bağışlayacaqlarını açıqladı. Tehrandakı evlərlə bağlı iclasda çıxış edən Mahmud Əhmədinejat mənzilləri pisləyərək, həyət evlərinə keçid alacaqlarını açıqladı. "Hər ailəyə 100 kv. metrlik ərazi veriləcək. Bu ərazidə ailələr villa tikib, bağ-bağat düzəldəcəklər. Beləcə, həm ailələr ev sahibi ola bilər, həm də yaşıllıq artar", - deyə prezident bildirdi. Bundan başqa, o, xalqın daha ucuz və keyfiyyətli həyat tərzi keçirəcəyinə diqqət çəkdi.

Layihə üçün daha böyük bir ərazi lazım olarsa, İran prezidenti ölkəsinin çox böyük olduğunu və 20 milyon ailəyə ərazi verildiyində bunun sadəcə 2 milyon hektarlıq bir hissəni tutacağını vurğuladı. 165 milyon hektarlıq ərazisi olan İran bu layihə ilə 30 milyon hektarlıq ərazisini əhalinin ixtiyarına verəcək. Və bu prosesə ilin sonuna qədər 10-15 bölgədə start veriləcək.

Mollanın özü dediyinə inansaydı, hamı mömin olardı...

Günel Həbib

O.M.