London taksilərinin tarifləri aşağı düşdü

London taksilərinin tarifləri aşağı düşdü

4 İyul 2011 17:08
1 195
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda istismar olunan London taksilərində gediş tarifləri aşağı salınıb. "Bakı Taksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rauf Orucov AzərTAc-a bildirib ki, hazırda 10 kilometr məsafəyə kimi 1 kilometr üçün gediş haqqı 70 qəpik, 10 kilometrdən 20 kilometrədək məsafə üçün 40 qəpik, 20 kilometrdən artıq məsafə üçün isə 20 qəpik müəyyənləşdirilmişdir. TX4 markalı (London taksi) taksiləri sifariş etmək üçün artıq hər bir şəhər sakini *9000 telefon nömrəsinə zəng etməklə, onların xidmətin istifadə edə bilər. Taksilərdən istifadə zamanı hər bir sərnişin 10 min manatlıq sığortalanır.

Qeyd edək ki, London taksilərinin özünəməxsus özəllikləri vardır. Bu model sırf taksi məqsədləri üçün istehsal edilmiş avtomobildir. TX4 "Avro-4" standartlarına cavab verir, 2500 kubsantimetr həcmində dizel mühərriklə, 5 pilləli mexaniki sürət qutusu və hidravlik sükanla təchiz olunmuşdur. TX4 markalı avtomobillərin istehsalında istifadə olunan metal çox keyfiyyətli möhkəm metal məmulatıdır və bütün beynəlxalq standartlara cavab verməklə bərabər, sərnişinlərin təhlükəsizliyi üçün də etibarlıdır.

Tariflər aşağı düşdükcə əhalinin yaşayış səviyyəsi yuxarı qalxır.

Tofiq Əliyev

O.M.