“Toyota” şirkəti 110 min avtomobili geri çağırır

“Toyota” şirkəti 110 min avtomobili geri çağırır

30 İyun 2011 12:21
Bəyəndim (0) Bəyənmədim (0)
Səbəb elektrik avadanlıqları ilə bağlı yaranan problemdir

Yaponiyanın "Toyota" şirkəti elektrik avadanlıqları ilə bağlı yaranan problemlə əlaqədar hibrid mühərriklə işləyən 110 min avtomobili geri çağırır. Geri çağırılan maşınlar arasında "Highlander hybrid" və "Lexus RX400h" avtomobilləri var. Bu avtomobillər qoruyucuların yanması səbəbindən enerji qidalanmasının pozulmasına görə hərəkət zamanı qəflətən dayana bilərlər. Şirkət bəyan edir ki, "keyfiyyətsiz detalların dəyişdirilməsi üçün lazım olan hissələrin alınması üzərində işləyir" və "geri çağırılan bütün avtomobilləri yoxlayacaq". Qeyd edək ki, "Toyota"nın avtomobilləri kütləvi surətdə geri çağırması birinci dəfə deyil. Son 18 ayda şirkət müxtəlif texniki nasazlıqlara görə 12 mln. avtomobili geri çağırıb. Bu, ilk növbədə ABŞ-a aid olub, amma Kanada, Avropa, Yaponiya, Avstraliya və Cənubi Koreyadakı avtomobil sahibləri də sözügedən nasazlıqdan ziyan çəkib.

Alınan mallar geri qaytarılır.

Tofiq Əliyev

O.M.