Ölkədə gəliri az olanlar vergidən azad ediləcək

Ölkədə gəliri az olanlar vergidən azad ediləcək

29 İyun 2011 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkə prezidenti İlham Əliyevin təsdiqlədiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə 2011-2015-ci illər üzrə Tədbirlər Planında Azərbaycanda gəliri az olan vətəndaşların vergidən azad edilməsi nəzərdə tutulur. Planda nəzərdə tutulan tədbirlərdən biri də aylıq gəlirləri yaşayış minimumundan çox olmayan vətəndaşların gəlir vergisindən azad edilməsidir. 2011-2015-ci ilədək reallaşacaq bu tədbirin həyata keçirilməsi Vergilər və Maliyyə nazirliklərinə həvalə edilib. Tədbirlər planında idxal mallarına münasibətdə gömrük-tarif mexanizminin təkmilləşdirilməsi də nəzərdə tutulub və bu, 2011-2012-ci illərdə həyata keçirilməlidir. Sənəddə dövlət satınalmalarının səmərəliliyinin artırılması da nəzərdə tutulub. Bu məqsədlə satınalmalar üzrə qanunvericiliyin təkmilləşdirilməsi, elektron satınalmaların təşkili, satınalma planlarının dərc olunması planlaşdırılır. Bundan əlavə, Azərbaycan şirkətlərinin xarici ölkələrin dövlət satınalmalarında iştirakına da dəstək veriləcək. Plana əsasən 2011-2015-ci illərdə müəssisə və təşkilatlarda beynəlxalq mühasibat uçotu standartlarına keçid başa çatdırılmalıdır. Qeyd edək ki, hazırda Azərbaycanda yaşayış minimumu adambaşına 95 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçünsə 76 manat səviyyəsində nəzərdə tutulub.

Vergi gələcəyin təminatıdır.

Tofiq Əliyev

O.M.