İstehlaka yararsız mallar aşkar olunub

İstehlaka yararsız mallar aşkar olunub

28 İyun 2011 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən "AzərTAc"-a bildiriblər ki, Xəzər rayonunda Zakir Mirzəyevə, Vaqif Rzayevə, Mahir Kəlbiyevə məxsus mağazalarda, "Binə market"də, "Sizin AS market"də, Abşeron rayonunda "SUN-SİT" istirahət zonasında və dəniz kənarındakı "Həyat market"də, Sumqayıt şəhərində "Orxan" kafesində, "Neptun" istirahət mərkəzində, "Özal market"də, "Dərya", "Nicat" və "Ümüd" kafelərində, Gədəbəy şəhərində Hamlet İbrahimovaya, Faiq Hüseynova məxsus mağazalarda, Şəki şəhərində "Murad" mağazasında, Füzuli rayonunda Simnarə Cəfərovaya, Kürdəmir rayonunda Elnur Qasımova, Qulu Cəfərova, Şəmkir rayonunda Haqverdi Məhərrəmova, Qəbələ rayonunda Həmzət Zakirova məxsus mağazalarda ümumi çəkisi 600 kiloqramdan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Yəqin ki, bu məhsulların içində şərab yoxdur. Çünki şərab köhnəldikcə daha da gözəlləşir.

Tofiq Əliyev

O.M.