Jurnalistlərimiz Londona gedir

Jurnalistlərimiz Londona gedir

8 Yanvar 2015 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

"British Council" və "PAŞA Bank"ın birgə layihəsi olan "Biznes Jurnalistika Layihəsi" çərçivəsində 11 jurnalist Londona səfər edəcək. Səfər mart ayında baş tutacaq. Layihənin 3-cü təlim sessiyası ( 21-25 fevral) başa çatdıqdan sonra ölkənin müxtəlif media qurumlarında çalışan 11 seçilmiş iştirakçı Birləşmiş Krallıqdan olan aparıcı media mərkəzlərində olacaq, onların iş prinsipləri ilə tanış olacaqlar.

Onların arasında APA-nın bölgə müxbiri Vəli Turan da var.

Qeyd edək ki, layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın "Thomson Fondu" ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilir.
Bu vaxta kimi keçirilən iki təlimdə Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis Dan Mason iştirakçılara jurnalistlərə google – axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişləri, fotoqrafiyanın incəlikləri, xəritələrlə iş, statistik məlumatlar əsasında infoqrafikanın hazırlanması, yazılara cəlbedici başlıqların qoyulması və onların sosial mediada paylaşılması üçün effektiv vasitələr, foto və video çəkilişin detalları, sujetlərin hazırlanmasında nəzərə alınmalı olan məqamlar izah olunub.
Layihə çərçivəsində jurnalistlər ADA Universitetində 10 həftəlik, iki mərhələli ingilis dili kurslarında iştirak edəcəklər. Kurslara gələn həftədən start veriləcək.
Xatırladaq ki, "Biznes Jurnalistika Layihəsi" 2011-ci ildən, artıq 4-cü dəfədir ki, həyata keçirilir. Azərbaycanın aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 peşəkar biznes jurnalisti layihədə iştirak üçün seçib.

Mediainfo.az