Ölkədə telekommunikasiya tarifləri aşağı düşüb

Ölkədə telekommunikasiya tarifləri aşağı düşüb

24 İyun 2011 16:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin may ayında nəqliyyat və poçt tarifləri indeksi aprel ayına nisbətən 99,4 faiz, yanvar-may aylarında isə ötən ilin müvafiq dövrünə nisbətən 100,8 faiz olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, telekommunikasiya tarifləri əvvəlki aya nisbətən 1 faiz, 2010-cu ilin yanvar-may aylarına nisbətən 4,4 faiz aşağı düşüb. Mayda dəmir yolunda yükdaşıma tarifləri tranzit yüklərin daşınması üzrə 3,1 faiz artmış, yerli əlaqə üzrə 8,3 faiz, digər ölkələrə göndərilmə üzrə 6,8 faiz, digər ölkələrdən gətirilmə üzrə 5,2 faiz ucuzlaşıb. Dəmir yolu vasitəsilə sərnişindaşıma tarifləri beynəlxalq əlaqə üzrə 9 faiz bahalaşıb. Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 1 faiz ucuzlaşıb. Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 1,5 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 1,3 faiz bahalaşıb. Uzaq xarici ölkələrə sərnişindaşıma tariflərində 6,7 faiz ucuzlaşma müşahidə olunub. Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri neftin və qazın nəqli üzrə eyni olaraq 0,3 faiz ucuzlaşıb. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri 0,5 faiz ucuzlaşıb, mobil və internet rabitəsi tarifləri 1,3 və 1,2 faiz aşağı düşüb.

Qiymətlər düşəndə əhalinin yaşayış səviyyəsi qalxır. Qiymətlər qalxanda isə...

Tofiq Əliyev

O.M.