Günün fotosu
Günün videosu
Şərhsiz
Nazirlikdə yeni şöbə yaradılıb

Nazirlikdə yeni şöbə yaradılıb

7 Yanvar 2015 14:16
446
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və Turizm Nazirliyində ictimaiyyətlə əlaqələri, mətbuatla işi daha da səmərəli təşkil etmək məqsədilə nazirliyin Kollegiyasının qərarı ilə yeni İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi yaradılıb.

Nazirlikdən verilən məlumata görə, şöbənin tərkibinə İnformasiya, elektron media və resurslarla iş, İctimaiyyətlə əlaqələr və mətbuatla iş və Qeyri-hökumət təşkilatları ilə iş sektorları daxildir.

Mədəniyyət və turizm nazirinin əmrinə əsasən, nazirliyin Turizm şöbəsinin Təbliğat sektorunun müdiri Vüqar Şıxmmədov yeni şöbəyə müdir təyin edilib.

Nazirlikdən bildiriblər ki, yeni şöbənin yaradılması nazirlikdə bu sahədəki işlərin mərkəzləşməsinə, hal-hazırda aktual olan qeyri-hökumət təşkilatları ilə əlaqələrin daha da yaxşılaşdırılmasına, mətbuat xidmətinin imkanlarının genişlənməsinə, informasiya resurslarının artırılmasına və səmərəli çalışmasına, nazirliyin respublikanın mədəni və ictimai həyatına daha da yaxından cəlb olunmasına imkan yaradacaq.

Mediainfo.az