ABŞ-da neftin qiyməti düşüb, avtomobil satışı isə artıb

ABŞ-da neftin qiyməti düşüb, avtomobil satışı isə artıb

6 Yanvar 2015 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Barak Obama administrasiyası neftin ucuzlaşmasının ölkə iqtisadiyyatı üçün faydalı olduğunu açıqlayıb.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, amerikalı istehlakçılar bu məsələdə uduşdadır. Belə ki, ölkədə benzin ucuzlaşıb, avtomobil satışı isə artıb. ABŞ-ın böyük hissəsində bir qallon (3,7 litr) benzinin qiyməti 2 dollardan aşağı düşüb.

Daha öncə Nyu-York Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli də neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyini bəyan etmişdi. Qeyd edək ki, hazırda Brent markalı neftin qiyməti 53 dollardır.

Mediainfo.az