Bakıda altı bağlantılı yol tikilir

Bakıda altı bağlantılı yol tikilir

30 Dekabr 2014 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ilə əlaqədar olaraq nəqliyyat yol-kompleksi üzrə təsdiq edilmiş tədbirlər planına əsasən Bakı-Ələt yolunun 4-6 kilometrlik hissəsində bağlantı avtomobil yollarının tikinti işləri davam edir.

Bu barədə Apa-ya NN-nin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

"Altı bağlantılı yolun uzunluğu 5 711 metr təşkil edir. Onlardan dördü 4 hərəkət zolaqlı, biri 3 hərəkət zolaqlı, digəri isə 6 hərəkət zolaqlıdır. Eyni zamanda bağlantıların birində avtomobillərin park edilməsi üçün nəzərdə tutulub. Yolboyu kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidləri də tikilib", - deyə P. Mürsəliyev qeyd edib.

Qeyd edək ki, bağlantı yolları su oyunları keçiriləcək arenada nəqliyyat vasitələrinin rahat giriş-çıxışını təmin etmək məqsədilə tikilir.

Mediainfo.az