Ramazan ayı öncəsi Məkkədəki otel qiymətləri

Ramazan ayı öncəsi Məkkədəki otel qiymətləri

24 İyun 2011 11:58
1 215
Bəyəndim (0) Bəyənmədim (0)
Süni qiymət artımına yol verilibmi?

Ramazan ayı yaxınlaşdıqca Məkkədə otel qiymətləri rekord həddə çatıb. Artım nisbətlərinin 300 dəfə artdığı Məkkə beynəlxalq otel şəbəkələrinin də iştahasını qabardıb. Çünki buraya milyardlarla dollar sərmayələr yatırılır. Məkkənin hər il daha da artan ziyarətçisi dünya nəhəngi olan otellərin gözünü bu istiqamətə çevirməsinə səbəb olub. Belə ki, "Fairmont Hotels" yaxın 3 il ərzində Səudiyyə Ərəbistanında 12 otel inşa edəcəyini dilə gətirib. Ayrıca bu yatırımdan ölkənin 10 mini işlə təmin olunacaqlar. Önümüzdəki 10 il ərzində Məkkəyə ziyarətə gedəcək olan insanların sayı 14 milyona çatacağı təxmin edildiyi üçün digər şirkətlər də bu vəziyyətdən paylarını almağı düşünürlər. "Hilton", "Marriot" və "Hyatt" ötən ay ölkədə ümumilikdə 5.5 milyard dollarlıq 12 proyektə imzalarını atıblar.

"Raffles Mekke Palace"də iki nəfərlik otaq hazırda 293 dollar ikən bir aydan sonra onun qiyməti 900 dollara kimi qalxacaq. "Mövenpick"də isə vəziyyət bir az fərqlidir. Belə ki, hazırda bu oteldə olan iki nəfərlik otağın qiyməti 160 dollar ikən Ramazan ayı ərəfəsində 552 dollara olacaq. Qiymətləri astronomik səviyyədə yüksələn digər otelsə "Mekke Clock Royal Tower"dir. 250 dollarlıq otaqlar 586 dollardan satılacaq.

Qiymətlər nə qədər qalxırsa-qalxsın demək olar ki, indidən bir çox otellərdəki otaqlar bron edilib. Yerli qanun-qaydalara görə, hər kral öz dönəmində ölkə üçün vacib olan bir proyektə imzasını atmalıdır. Bu səbəbdən də hazırkı kral Abdulla şəhəri demək olar ki, yenidən yaradıb. O, köhnə otellərin yerinə yenilərini inşa etdirməklə süni qiymət artımına səbəb olub.

Allah bütün zəvvarların ziyarətini qəbul etsin!

Günel Həbib

O.M.