“Elm haqqında” qanun müzakirəyə çıxarılır

“Elm haqqında” qanun müzakirəyə çıxarılır

24 Dekabr 2014 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda uzun müddətdir müzakirəsi ləngiyən "Elm haqqında" qanun layihəsi sabah Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Parlamentdən verilən məlumata görə, yeni qanun əvvəlcə Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Qanunda Azərbaycanın elm və təhsil sistemində bir sıra əsaslı yeniliyin yer aldığı bildirilsə də, hələ ki mahiyyəti açıqlanmır, komitənin müzakirəsində açıqlanacağı bildirilir.

Qeyd edək ki, "Elm haqqında" qanun bir neçə ildir hər sessiyada parlamentin iş planına daxil edilsə də, indiyə qədər müzakirəyə çıxarılması baş tutmayıb.

Mediainfo.az