Bakının yeni avtobusları - FOTO

Bakının yeni avtobusları - FOTO

24 Dekabr 2014 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta gətirilən yeni avtobuslar bu gün sərnişinlərin xidmətinə verilib.

"APA-Economics"in xəbərinə görə, artıq 25 ədəd Türkiyə istehsalı olan "İsuzu" markalı avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan "Azneft" meydanı istiqamətində) hərəkət edirlər. Digər 25 ədəd avtobus isə yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacaq. Qeyd edək ki, müasir standartlara cavab verən nəqliyyat vasitələri 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir.

Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur.

Mediainfo.az