Baş nazir: "Rusiya hökuməti taxıl ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək"

Baş nazir: "Rusiya hökuməti taxıl ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək"

22 Dekabr 2014 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

"Rusiya hökuməti taxıl ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək".

Apa-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya baş naziri Dmitri Medvedyev müavinləri ilə görüşü zamanı deyib.

"Hazırda taxıl ixracına məhdudiyyətlərin tətbiq olunması haqda düşünmək lazımdır. Əlbəttə ki, bu qərar iri ixracatçılarla razılaşdırılmış şəkildə həyata keçirilməlidir", - deyə o vurğulayıb.

D. Medvedev taxıl emalı məhsulları, taxıl bazarındakı vəziyyəti tənzimləmək üçün çevik addımların atılmasının vacib olduğunu da qeyd edib.

Rusiya baş naziri məsələ ilə əlaqədar müavininə xüsusi təkliflər hazırlamaq tapşırığı verib.

Mediainfo.az