Çindən Rusiyaya iqtisadi dəstək

Çindən Rusiyaya iqtisadi dəstək

22 Dekabr 2014 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Rusiyanın son vaxtlar üzləşdiyi iqtisadi çətinlikləri aradan qaldırmaq üçün bu ölkəyə kömək etməyə hazırdır.

APA-nın "China Daily"yə istinadən xəbərinə görə, bu açıqlama ilə Çin Xalq Respublikasının xarici işlər naziri Van İ çıxış edib.

"Əgər Rusiya tərəfi ehtiyac duyarsa, biz imkanlarımız daxilində zəruri köməyi edə bilərik", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Rusiya mövcud iqtisadi çətinlikləri aşmaq üçün bacarıq və müdrikliyə malikdir: "Rusiya və Çin həmişə bir-birini dəstəkləyir və bir-birinə kömək edir".

Mediainfo.az