Fazil Məmmədov Xırdalanda vətəndaşları qəbul edib - FOTO

Fazil Məmmədov Xırdalanda vətəndaşları qəbul edib - FOTO

19 Dekabr 2014 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər naziri Xırdalanda vətəndaşları qəbul edib.

Nazirliyin analitik informasiya şöbəsindən Apa-ya verilən məlumata görə, bu gün F. Məmmədov Xırdalanda Abşeron, Xızı və Siyəzən rayonlarından olan vətəndaşlarla görüşüb.

Vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, pos-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Mediainfo.az