Avropa İttifaqı Krıma qarşı yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqı Krıma qarşı yeni sanksiyalar tətbiq edib

18 Dekabr 2014 16:48
392
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı Şurası Rusiya tərəfindən ilhaq edilmiş Krıma qarşı yeni sanksiyaların tətbiqi haqında qərar qəbul edib. Apa-nın UNİAN-a istinadən verdiyi məlumata görə, yazılı prosedur qaydasında qəbul olunan qərarı Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin mətbuat katibi Maya Kosyançiç açıqlayıb.

M. Kosyançiç Krıma (Sevastopol şəhəri də daxil olmaqla) qarşı sərmayələr, xidmət və ticarət sahələrində əlavə sanksiyalar tətbiq olunduğunu bildirib. O, qərarın Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra dekabrın 20-də qüvvəyə minəcəyini deyib: " Avropa İttifaqı bəyan edib ki, Krımın və Sevastopolun ilhaqı qanunsuzdur və beynəlxalq normalara ziddir. Ona görə də biz bu ilhaqa qarşı siyasətimizi sərtləşdiririk".

Mediainfo.az