Belarus hökuməti Rusiya ilə hesablaşmaları dollar və ya avro ilə aparacaq

Belarus hökuməti Rusiya ilə hesablaşmaları dollar və ya avro ilə aparacaq

18 Dekabr 2014 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus prezidenti Aleksandr Lukaşenko hökumətdən Rusiya ilə hesablaşmaları dollar və ya avro ilə aparmağı tələb edib.

Apa-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, A. Lukaşenko iqtisadi vəziyyətə həsr olunmuş müşavirədə bildirib ki, hökumətin qarşısında Rusiya ilə ticarəti rublla deyil, dollarla aparmaq vəzifəsi qoyduğunu söyləyib: "Çünki biz enerjinin qiymətini rublla yox, dollarla ödəyirik. Bu, hökumətin Rusiya ilə əlaqələrdə bir çatışmazlığıdır. Vaxtında tələb etmək lazım idi ki, onlar da bizə möhkəm valyuta – dollar və ya avro ilə ödəniş etsinlər. Son vaxtlar tez-tez eşidirəm ki, ah, Rusiya rublu çökdü, ixracımızın 40 faizi orayadır və biz itiririk... Nə etmək olar, bizim belə bir tərəfdaşımız var".

Yaranmış vəziyyətlə əlaqədar A. Lukaşenko Rusiyanı Belarus məhsullarının dəyərini ya dollarla, ya da rublun cari kursu ilə ödəməyə çağırıb: "Bu gün Rusiya bizim məhsulları alırsa, dollarla ödəsin. Yaxud da rublla ödəmək istəyirsə, bu gün, hətta bu saata olan kursla ödəməlidir".

Mediainfo.az