“Forbes”in hazırladığı reytinqində 60-cı yerdəyik

“Forbes”in hazırladığı reytinqində 60-cı yerdəyik

18 Dekabr 2014 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

"Forbes" jurnalının hazırladığı "Biznes üçün ən yaxşı ölkələr - 2014" reytinqində Azərbaycan 60-cı yeri tutub.

Apa-nın xəbərinə görə, reytinq Freedom House, Heritage Foundation, Property Rights Alliance, Transparency International, Dünya Bankı və Dünya İqtisadi Forumunun məlumatları əsasında hazırlanıb.

Reytinqə 146 ölkə daxil edilib. Onların nailiyyətləri 11 mövqe üzrə öyrənilib: vətəndaşların şəxsi azadlıqlarının səviyyəsi; mülkiyyət hüquqlarının və investisiyaların qorunmasının dərəcəsi; qiymət sabitliyi; mal ixracı və idxalı üçün maneələrin olması; texnologiyanın inkişaf səviyyəsi; innovasiyaların tətbiqi; dövlətin biznesə təsir dərəcəsi; korrupsiya; vergi yükü və səhm bazarının vəziyyəti.

Reytinqdə biznesin aparılması üçün ən yaxşı ölkə Danimarka göstərilib.

Qeyd edək ki, 2013-cü ildə reytinqə İrlandiya başçılıq edib.

Mediainfo.az