"Bakı Metropoliteni" yayılan xəbərləri şayiə adlandırdı

"Bakı Metropoliteni" yayılan xəbərləri şayiə adlandırdı

18 Dekabr 2014 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakı Metropoliteni" QSC neftin ucuzlaşması səbəbindən qurumda aparılan ixtisarlarla bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev "APA-Economics"ə bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

"Yayılan məlumatlar həqiqətən uyğun deyil. "Bakı Metropoliteni"QSC-də heç bir ixtisarlar aparılmır", - deyə N. Paşayev bildirib.

O, əlavə edib ki, neftin ucuzlaşması səbəbindən "Bakı Metropoliteni"nin həyata keçirdiyi infrastruktur layihələrin dayandırılması ilə bağlı yayılan xəbərlər də əsassızdır: "Yeni metro stansiyalarının tikintisi dayandırılmayıb. Tikinti işləri əvvəlki templə davam edir".

Qeyd edək ki, bəzi mətbuat orqanlar yazıb ki, "Bakı Metropoliteni" neftin kəskin ucuzlaşması səbəbindən 900 işçisini şəxsi hesabına məzuniyyətə göndərib. İddialara görə, metropolitendə ixtisarlar da nəzərdən keçirilir.

Mediainfo.az