Prezident “Qarabağ” futbol klubuna 1 milyon manat ayırıb

Prezident “Qarabağ” futbol klubuna 1 milyon manat ayırıb

17 Dekabr 2014 17:43
371
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev "Qarabağ" futbol klubunun Avroliqada uğurlu iştirakı haqqında sərəncam imzalayıb.

Apa-nın məlumatına görə, sərəncamda bildirilir ki, "Qarabağ" futbol klubunun Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə "Qarabağ" futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Mediainfo.az