İrəvanda marşrut taksilərinin sürücüləri tətil elan ediblər

İrəvanda marşrut taksilərinin sürücüləri tətil elan ediblər

17 Dekabr 2014 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

İrəvanda marşrut taksilərinin sürücüləri tətil elan ediblər.

Ermənistan mətbuatının verdiyi məlumata görə, tətil edən onlarla sürücü maye qazın bahalaşmasına etiraz edir. Sürücülər maye qazın qiymətinin endirilməsini tələb edirlər.

Etiraz aksiyasının keçirildiyi ərazidə böyük tıxaclar yaranıb. Aksiyaya marşrut taksilərinin sürcüləri ilə yanaşı sərnişinlər də qoşulur. Onlar ölkədə kütləvi bahalaşmaya etiraz etməyi təklif edirlər.

Mediainfo.az