(MSN) gələn il “ağıllı” aviasiya bombalarının seriyalı istehsalına başlayacaq

(MSN) gələn il “ağıllı” aviasiya bombalarının seriyalı istehsalına başlayacaq

17 Dekabr 2014 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) gələn il "ağıllı" aviasiya bombalarının seriyalı istehsalına başlayacaq.

Bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir bildirib ki, hazırda həmin bombalar test mərhələsindədir.

Qeyd edək ki, idarə olunana aviasiya bombaları "At-unut" prinsipi ilə işləyir. MSN adı çəkilən bombaların nümunələrini sentyabr ayında keçirilən "ADEX-2014" sərgisində nümayiş etdirib.

Mediainfo.az