İşığa borcu olan abonentlərin nəzərinə!

İşığa borcu olan abonentlərin nəzərinə!

17 Dekabr 2014 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakıelektrikşəbəkə"dən verilən məlumata görə, ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 22-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Enerji təchizatı dayandırılmış abonentlər haqqında informasiya bazasında müvafiq qeydlər aparılacaq və borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma hallarının olmaması üçün reydlər keçiriləcək.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" tərəfindən çox ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Mediainfo.az