Bayram yarmarkalarının keçiriləcəyi ünvanlar -SİYAHI

Bayram yarmarkalarının keçiriləcəyi ünvanlar -SİYAHI

15 Dekabr 2014 17:49
602
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda bayram yarmarkaları təşkil ediləcək. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi məqsədi ilə dekabrın 27-dən 31-dək kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub. Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında təşkil olunacaq:

Xətai rayonu -Ukrayna dairəsinin yanı;

Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;

Yasamal rayonu - Şərifzadə küçəsi 1, Rabitə kollecinin arxası;

Nərimanov rayonu -Gənclik metrosunun yanı;

Səbail rayonu -Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası;

Suraxanı rayonu -Yeni Günəşli qəsəbəsi, "V" yaşayış massivi;

-Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;

Binəqədi rayonu -Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Mediainfo.az