Fazil Məmmədov Xırdalanda vətəndaşları qəbul edəcək

Fazil Məmmədov Xırdalanda vətəndaşları qəbul edəcək

15 Dekabr 2014 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 19-da vergilər naziri Fazil Məmmədov Xırdalan şəhərində Abşeron, Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 2 saylı Ərazi Vergilər Departamenti (əlaqələndirici şəxs – Məmmədova Zülfiyyə Əvəz qızı, əlaqə telefonu: (018) 642-44-10, (012) 497-62-91 mobil (050) 3787438), Sumqayıt şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Qiyasov Faiq Mirağa oğlu, əlaqə telefonu: (018) 642-29-00, mobil (055) 520-11-54), Siyəzən rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Şükürov Adil Əhliman oğlu, əlaqə telefonu: (023) 304-30-34, mobil (055) 607-30-08) və Xırdalan şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Kazımov Zakir Çingiz oğlu, əlaqə telefonu: (012) 342-17-22, mobil (050) 320-73-58) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Qeyd edək ki, qəbul Azərbaycan prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilir.

Mediainfo.az