Nazirlikdə yeni təyinat

Nazirlikdə yeni təyinat

12 Dekabr 2014 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazirliyin mətbuat katibi Murtuzəli Hacıyev bildirib ki, kənd təsərrüfatı nazirinin müvafiq əmrinə əsasən, Strateji Planlaşdırma və Beynəlxalq Layihələr şöbəsinin müdiri Rüfət Rüstəmzadə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, prezidentin oktyabrda imzaladığı sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti yaradılıb.

Mediainfo.az