Azərbaycanla İran yeni gömrük-keçid məntəqələri açmağı planlaşdırır

Azərbaycanla İran yeni gömrük-keçid məntəqələri açmağı planlaşdırır

12 Dekabr 2014 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan İran ilə sərhəddə yeni gömrük-keçid məntəqələri açmağı planlaşdırır.

Apa-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan DGK sədr müavini Əsgər Abdullayev deyib.

"Xüsusilə Biləsuvar rayonu ərazisində gömrük-keçid məntəqəsinin açılmasında zərurət var. Bu istiqamətdə danışıqlar aparılır və demək olar ki, razılıq əldə olunub. Bundan başqa, İran tərəfi Biləsuvar gömrük-keçid məntəqəsinin 24 saatlıq iş rejimində işləməsi üçün razılıq verib. Bilirsiniz ki, orada intensivlik müşahidə olunur. Həmin məntəqənin 24 saatlıq iş rejiminə keçməsi Naxçıvana aparılan yüklərin sutka ərzində muxtar respublika ərazisinə çatması baxımından vacibdir", - deyə Ə. Abdullayev bildirib.

Komitə sədrinin müavini bildirib ki, Azərbaycan tərəfi gələcəkdə "Xudafərin" gömrük-keçid məntəqəsinin açılmasında da maraqlıdır.

Mediainfo.az