Elman Mehdiyev Ağcabədidə sakinləri qəbul edəcək

Elman Mehdiyev Ağcabədidə sakinləri qəbul edəcək

11 Dekabr 2014 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

DSMF sədri Elman Mehdiyev dekabrın 17-də, saat 11:00-da DSMF-in Ağcabədi rayon şöbəsinin inzibati binasında Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Beyləqan və Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-in İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Ağcabədi rayon şöbəsində (02127) 5-50-54

Tərtər rayon şöbəsində (02223) 6-34-64

Goranboy rayon şöbəsində (02224) 5-13-00

Bərdə rayon şöbəsində (02020) 5-19-09

Beyləqan rayon şöbəsində (02122) 5-29-63

Laçın rayon şöbəsində (02127) 7-84-28

Qəbulda iştirak edəcək vətəndaşların dekabrın 17-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Mediainfo.az