“Böyük Bakının Regional İnkişaf Planı”  təsdiqə verildi

“Böyük Bakının Regional İnkişaf Planı” təsdiqə verildi

10 Dekabr 2014 15:04
454
Bəyəndim (0) Bəyənmədim (0)

"Böyük Bakının Regional İnkişaf Planı" layihəsi üzərində aparılan işlər tamamlanaraq təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib

"Böyük Bakının Regional İnkişaf Planı" layihəsi üzərində aparılan işlər tamamlanaraq təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, bunu qurumun sədri Abbas Ələsgərov bildirib.

A. Ələsgərov adıçəkilən layihənin komponentləri üzrə işlərin davam etdirilməsinin müzakirəsi məqsədilə Dünya Bankının (DB) İnfrastruktur üzrə baş mütəxəssisi Hacı Hüseynov, Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə aparıcı mütəxəssisi Manuel Mariono və Dünya Bankının Qafqaz üzrə regional ofisinin şəhərsalma üzrə mütəxəssisi Ahmed Ayveyda ilə də görüşüb.

Daha sonra komitənin DB ilə ərazi planlaşdırma sənədlərinin hazırlanması üzrə Bakı Dövlət Layihə İnstitutunun və yerli mütəxəssislərin potensialının gücləndirilməsi, həmçinin müəyyən ərazilərin müfəssəl planlarının hazırlanması sahəsində əməkdaşlığın davam etdirilməsi müzakirə edilib.

Mediainfo.az