Azərbaycan-Polşa biznes-forumu keçiriləcək

Azərbaycan-Polşa biznes-forumu keçiriləcək

10 Dekabr 2014 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Gələn həftə Bakıda Azərbaycan-Polşa biznes-forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, dekabrın 15-də Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfər edəcək.

Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Azərbaycan-Polşa biznes forumunun keçirilməsi nəzərdə tutulur. Biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 30-a yaxın Polşa şirkəti iştirak edəcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları biznes forumda iştirak etməyə dəvət edilir.

Mediainfo.az