“Elm haqqında” Qanun müzakirə olunacaq

“Elm haqqında” Qanun müzakirə olunacaq

9 Dekabr 2014 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda uzun müddətdir müzakirəsi ləngiyən "Elm haqqında" qanun layihəsi gələn həftə Milli Məclisdə müzakirəyə çıxarılacaq. Bunu Apa-ya açıqlamasında parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

O qeyd edib ki, artıq layihənin müzakirəyə çıxarılması üçün bütün maneələr həll olunub və heç bir əngəl yoxdur: "Gələn həftə komitənin müzakirəsinə çıxarmağı qərarlaşdırmışıq. Çatdırsaq, dekabrın 16-da baş tutacaq plenar iclasa, çatdırmasaq, dekabrın sonunda nəzərdə tutulan plenar iclasa birinci oxunuşda çıxaracağıq".

Ş.Hacıyev yeni qanunda Azərbaycanın elm və təhsil sistemində bir sıra əsaslı yeniliyin yer aldığını bildirsə də, onları açıqlamayıb: "Hər şey komitənin iclasında açıqlanacaq".

Qeyd edək ki, "Elm haqqında" qanun bir neçə ildir hər sessiyada parlamentin iş planına daxil edilsə də, indiyə qədər müzakirəyə çıxarılması baş tutmayıb.

Mediainfo.az