Prezident Xətai rayonunda işlərin gedişi ilə tanış olub

Prezident Xətai rayonunda işlərin gedişi ilə tanış olub

3 Dekabr 2014 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Xətai rayonu ərazisindəki fəvvarələr və şəlalələr kompleksində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olub.

Apa-nın xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Qeyd olunub ki, 150 metr uzunluğunda olan kompleks ən müasir tələblər səviyyəsində qurulacaq. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yerləşəcək. Müxtəlif rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək. Kompleksin ətraf ərazilərində abadlıq və yaşıllaşdırma işləri aparılacaq, qranit plitələr döşənəcək, ən müasir işıqlandırma sistemi qurulacaq.

Fəvvarələr və şəlalələr kompleksində işlərin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Mediainfo.az