Türkiyə-Azərbaycan peyki yaranacaq

Türkiyə-Azərbaycan peyki yaranacaq

3 Dekabr 2014 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin elm, sənaye və texnologiya naziri Işık Fikri bildirib ki, Türkiyə Azərbaycan ilə birgə ortaq peykini yaratmaq istəyir.

"Türkiyə tərəfinin arzusu ortaq araşdırma, inkişaf və icarə peyki layihəsi hazırlamaqdan ibarətdir. Hazırda məsələ ilə bağlı danışıqlar aparılır", - deyə nazir bildirib.

I. Fikri "Azersky" yüksək ayrıdetməli Yer səthinin məsafədən müşahidə peykinin Azərbaycana təhvil verilməsi ilə bağlı təbrik edib və bildirib ki, Türkiyə qardaş ölkə olaraq Azərbaycanın uğurları ilə qürur duyur.

Mediainfo.az