Əflatun Amaşov Macar Turan Fondunun sədri ilə görüşüb

Əflatun Amaşov Macar Turan Fondunun sədri ilə görüşüb

2 Dekabr 2014 18:22
Bəyəndim (0) Bəyənmədim (0)

Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, MŞ-nin sədr müavini və "Birlik" jurnalının baş redaktoru İlqar İlkin Azərbaycanda səfərdə olan Macar Turan Fondunun sədri Andras Biro ilə görüşüblər.

Apa-nın məlumatına görə, görüşdə 2015-ci ildə Macarstanda Macar Turan Fondu tərəfindən düzənlənəcək "Atilla günü"nə hazırlıqlarla bağlı müzakirələr aparılıb.

A. Biro bildirib ki, gələn ildən başlayaraq hər il avqust ayında Macarstanda "Atilla günü" olaraq böyük bir festivalın təşkili nəzərdə tutulub: "Məqsəd bütün Türk xalqları ilə əlaqələrin daha da inkişaf etdirilməsi və Avropada türk xalqlarının tarixlərinin, mədəniyyətlərinin daha yaxından tanıdılmasına nail olmaqdır".

Görüşdə həmçinin Macar Turan Fondunun sədrinə Azərbaycan Mətbuat Şurası vəATXƏM adından "Türk Dünyasına üstün xidmətlərinə görə" ödülü təqdim olunub.

Mediainfo.az