Prezident Böyük Britaniya baş nazirinin ticarət elçisini qəbul edib

Prezident Böyük Britaniya baş nazirinin ticarət elçisini qəbul edib

2 Dekabr 2014 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Apa-nın məlumatına görə, görüşdə dövlət başçısı Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və dinamik inkişaf etdirildiyini vurğulayıb.

Prezident İ. Əliyev Böyük Britaniya şirkətlərinin ölkəmizdə qeyri-enerji sektorunun inkişafında fəal iştirak etməsindən məmnunluğunu bildirib və bunu tərəfdaşlığımızın yaxşı əlaməti kimi dəyərləndirib. Dövlət başçısı Ç. Hendrinin Bakıda keçirilən "BakuTel 2014" telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakının önəmini vurğulayıb. Azərbaycan prezidenti ölkələrimiz arasında neft-qaz, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu deyib.

Bakıda keçirilən "BakuTel 2014" telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakından məmnunluğunu bildirən Ç. Hendri isə bu sahədə əməkdaşlığın gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Ç. Hendri Böyük Britaniya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən metro tikintisi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Mediainfo.az