Gəncə “ASAN xidmət” mərkəzi Tovuz, Qazax və Ağstafa sakinlərinə də xidmət göstərəcək

Gəncə “ASAN xidmət” mərkəzi Tovuz, Qazax və Ağstafa sakinlərinə də xidmət göstərəcək

1 Dekabr 2014 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 1-dən etibarən Azərbaycan Respublikasınının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Gəncə "ASAN xidmət" mərkəzi Tovuz, Qazax və Ağstafa rayonlarının ümumi sayı 330 000 çox sakininə də xidmət göstərəcək.

Bu barədə Apa-ya Xidmətdən vildirilib. Məlumata görə, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri Gəncə "ASAN xidmət" mərkəzinə doğumun qeydə alınması, ölümün qeydə alınması, nikahın qeydə alınması, nikahın pozulmasının qeydə alınması, övladlığa götürmənin qeydə alınması, atalığın müəyyən edilməsinin qeydə alınması, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi, notariat fəaliyyəti, xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair apostil verilməsi üçün sənədlərin qəbulu, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxlərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qediyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması, funksional yardımçı xidmətlər; - dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi kimi xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, 2013-cü ilin dekabr ayından fəaliyyətə başlayan və 450.000 çox müraciəti qəbul edən Gəncə "ASAN xidmət" mərkəzi Gəncə şəhəri ilə yanaşı Şəmkir, Goranboy, Göygöl, Gədəbəy, Kəlbəcər, Xocalı, Samux, Daşkəsən rayonlarının və Naftalan şəhərinin sakinləri olan vətəndaşlara da xidmət göstərir.

Mediainfo.az