Azərbaycanda məhsul istehsalının 6 faiz artacağı proqnozlaşdırılır

Azərbaycanda məhsul istehsalının 6 faiz artacağı proqnozlaşdırılır

17 İyun 2011 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

2011-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının ötən illə müqayisədə 6 faiz artacağı gözlənilir. Məlumata görə, bu barədə jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib. "Hava şəraiti əlverişli olsa, 6 faiz çox kənd təsərrüfatı məhsulu istehsal edə bilərik", - Abasov qeyd edib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının bütün əsas növləri üzrə istehsalın artımı gözlənilir: "Vəzifəmiz əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsidir. Bu vəzifə yaxın bir neçə ildə həll ediləcək. Azərbaycanda heç bir kənd təsərrüfatı məhsulunun qıtlığı yoxdur". Nazirin sözlərinə görə, bu il Azərbaycanda 2,5 milyon ton taxıl istehsalı gözlənilir. Bu, ötən ilin göstəricisini 500 min ton üstələyir: "2,5 milyon tondan 1,7 milyonu ərzaq taxılının payına düşəcək. Bu gün ölkənin taxıla olan ehtiyacı 3-3,2 milyon tondur. Çatışmayan hissə digər ölkələrdən idxal ediləcək. Hazırda Azərbaycan taxılı Rusiya və Qazaxıstandan idxal edir". Onun sözlərinə görə, əlverişsiz hava şəraitinə görə ötən il taxıl istehsalının həcminin azalmasına baxmayaraq, ölkədə məhsulun bu növü üzrə qıtlıq müşahidə edilmir: "Digər kənd təsərrüfatı məhsulları kimi, taxıla tələbat da bu il tam ödəniləcək".

Hamı yerli mal alsın, xeyir vətənə qalsın.

Günel Həbib

O.M.