Haqsız rəqabət hallarının qarşısı alınır

Haqsız rəqabət hallarının qarşısı alınır

17 İyun 2011 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, Biləcəri şossesi, Yeni yaşayış massivində Tahir Nəbiyevə məxsus istehsalat sahəsində "Düşes" və "Tərxun" alkoqolsuz içkilərinin müvafiq reseptura olmadan istehsalı, habelə bu məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edilməsi səbəbindən bu sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırmışdı.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və "Haqsız rəqabət haqqında" Qanunun tələblərini pozduğuna görə sahibkar Tahir Nəbiyevə 2,2 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.

Haqsız rəqabət aparanlara haqlı sanksiya tətbiq edilib.

Tofiq Əliyev

O.M.