Qanunsuz taksilər yığışdırılacaq

Qanunsuz taksilər yığışdırılacaq

16 İyun 2011 14:21
768
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Bakıda rəsmi qeydiyyatdan keçərək lisenziyalı fəaliyyət göstərən taksilərin sayı 7 mindir: "Qeyri-rəsmi fəaliyyət göstərən taksiləri də nəzərə alanda, hazırda paytaxtda taksi fəaliyyəti ilə 15 minə yaxın avtomobil məşğul olur".

Nazir qeyd edib ki, yeni taksilər tam fəaliyyətə başlayandan sonra Azərbaycan paytaxtında qanunsuz taksi fəaliyyətinə son qoyulacaq: "Bu proses zaman keçdikcə rayonları da əhatə edəcək. Taksi fəaliyyətinə son qoyulacaq sürücülər ya gəlib yeni şirkətdə sürücü kimi fəaliyyətlərini davam etdirə, ya da bu avtomobillərdən əldə edərək Bakı şəhərində taksi fəaliyyəti göstərə bilərlər".

Bu sərnişinləri qane etsə də, çətin ki sürücülərin hamısını qane edə.

Tofiq Əliyev

O.M.